Məhsen Rzai: ABŞ-nin regionun gələcəyində yeri yoxdur
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Məhsen Rzai ABŞ-nin Yaxın Şərqin gələcəyində rolunun olmayacağını bildirib.
Crossmedia.az xəbər verir ki, Məhsen Rzai İraq Ali Məhkəmə Şurasının rəhbəri Faiq Zeydanla görüşündə İranın güclü və müstəqil İraqın tərəfdarı olduğunu deyib.
Onun sözlərinə görə, region ölkələri öz gələcəklərini özləri müəyyənləşdirəcək və ABŞ-nin regionun gələcəyində yeri olmayacaq.
Faiq Zeydan isə İranın dəstəyini yüksək qiymətləndirdiklərini, regional əməkdaşlığın vacibliyini və iki ölkənin ortaq sərhədlərində təhlükəsizliyin təmin edilməsinin zəruriliyini vurğulayıb.
16:58 25.08.2026
Oxunuş sayı: 38