Pakistan ordusu: Asim Munirin İran rəsmiləri ilə danışıqları konstruktiv olub
Pakistan ordusu ölkənin ordu komandanı, feldmarşal Asim Munirin Tehrana səfəri zamanı İran rəsmiləri ilə keçirdiyi görüşləri “çox konstruktiv” kimi qiymətləndirib.
Crossmedia.az xəbər verir ki, Pakistan ordusu səfərin yekunları ilə bağlı açıqlama yayıb.
Bildirilib ki, Asim Munir İran İslam Respublikasının yüksək vəzifəli şəxsləri ilə regional sülh, gərginliyin eskalasiyasının qarşısının alınması və fikir ayrılıqlarının danışıqlar yolu ilə həlli imkanlarını müzakirə edib.
Pakistan tərəfi səfərin regionda sülh və sabitliyin təşviqi istiqamətində İslamabadın diplomatik səylərinin bir hissəsi olduğunu vurğulayıb
09:39 25.08.2026
Oxunuş sayı: 49