Gürcüstan və Serbiya ali təhsilin keyfiyyətinin artırılması üzrə əməkdaşlıq edəcək
Gürcüstan və Serbiya ali təhsilin keyfiyyətinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında memorandum imzalayıb.
Crossmedia.az xəbər verir ki, memorandum çərçivəsində tərəflər, o cümlədən tibb təhsili sahəsində keyfiyyət standartlarının hazırlanması və tətbiqi istiqamətində birgə fəaliyyət göstərəcəklər.
Əməkdaşlıq çərçivəsində müxtəlif tədbirlərin, konfrans və təlimlərin keçirilməsi, ekspert mübadiləsi, həmçinin metodik resursların paylaşılması nəzərdə tutulur.
17:27 24.08.2026
Oxunuş sayı: 46