Qazaxda faciə: 3 nəfərin öldüyü qəza ARAŞDIRILIR
Qazaxda 3 nəfərin öldüyü yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb.
Crossmedia.az xəbər verir ki, rayonun Xanlıqlar kəndi ərazisində 1997-ci il təvəllüdlü Mustafayev Şadət Məhəmməd oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə 1968-ci il təvəllüdlü İbrahimov Məqsəd Oruc oğlunun idarə etdiyi "Opel" markalı avtomobillə toqquşub.
Nəticədə "Opel" markalı avtomobilin sürücüsü Məqsəd İbrahimov və həmin avtomobildə sərnişin qismində olan 1955-ci il təvəllüdlü Mustafayev Fəxrəddin Mustafa oğlu hadisə yerində, 1958-ci il təvəllüdlü Mustafayeva Sakibə Camal qızı Qazax rayon Mərkəzi Xəstəxanasında ölüb. "Mercedes" markalı avtomobilin sürücüsü Şadət Mustafayev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qazax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Qazax RPŞ-də CM-nin 263.3-cü (yol-istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə müvafiq ekspertizalar təyin edilib.
09:47 24.08.2026
Oxunuş sayı: 53