Ukrayna və Finlandiya hərbi texnika istehsalında əməkdaşlıq edəcək
Ukrayna və Finlandiya hərbi texnikanın birgə istehsalı və müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi barədə razılaşıb.
Crossmedia.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin rəsmi saytı bu barədə məlumat yayıb. Tərəflər Finlandiyada pilotsuz uçuş aparatlarının hazırlanması və istehsalı, pilotsuz dəniz sistemlərinin inkişafı, həmçinin yerüstü robototexnika komplekslərinin istehsalına başlanılması ilə bağlı sənədlər imzalayıblar.
Zelenski bildirib ki, əməkdaşlıq Ukraynanın döyüş təcrübəsi ilə Finlandiyanın texnologiyalarının birləşdirilməsinə əsaslanır. Onun sözlərinə görə, imzalanan sənədlər Ukraynanın və Avropanın ehtiyacları üçün Finlandiyada pilotsuz uçuş aparatlarının istehsalını, dəniz pilotsuz sistemlərinin imkanlarının genişləndirilməsini və yerüstü robototexnika kompleksləri istehsal edəcək müəssisənin yaradılmasını nəzərdə tutur.
19:41 23.08.2026
Oxunuş sayı: 62