Rusiya Britaniyadakı səfirini geri çağırıb
Rusiya Britaniyadakı səfiri Andrey Kelini geri çağırıb.
Crossmedia.az xəbər verir ki, “The Guardian” bu barədə məlumat yayıb.Rusiyanın Londondakı səfirliyinin məlumatına görə, Kelin iyulun 21-də yeddi illik diplomatik fəaliyyətini başa vuraraq Britaniyanı tərk edib. Moskva hələ onun yerinə yeni səfir namizədini irəli sürməyib.
Diplomatik nümayəndəliyin məlumatına görə, Kelin Britaniya ilə kommunikasiya kanallarını qorumağa çalışıb. Səfirlik onun Londonun siyasətini dəyişəcəyi təqdirdə Rusiya ilə daha konstruktiv və qarşılıqlı hörmətə əsaslanan dialoqun bərpa olunacağına ümid etdiyini bildirib.Böyük Britaniya Xarici İşlər Nazirliyi isə məsələnin Rusiya XİN-in səlahiyyətində olduğunu açıqlayıb. Nazirlik Ukraynanın Rusiyanın “qanunsuz və səbəbsiz” müdaxiləsinə qarşı özünü müdafiə etmək hüququ olduğunu və Londonun Kiyevə dəstəyini davam etdirəcəyini vurğulayıb. Rusiyanın Londondakı səfirliyi daha sonra bildirib ki, Kelinlə bağlı açıqlamalarda Moskvanın Britaniya ilə diplomatik münasibətlərin səviyyəsini aşağı salmaq niyyətinə heç bir işarə yoxdur.
18:05 23.08.2026
Oxunuş sayı: 64