Danimarka ukraynalılar üçün yaşayış icazəsi qaydalarını sərtləşdirir
Danimarka hökuməti Ukraynanın daha təhlükəsiz hesab edilən 14 regionundan gələn şəxslərə yaşayış icazəsinin avtomatik verilməsini dayandırmağı planlaşdırır.
“Buna görə də hökumət münaqişədən ən az zərər çəkmiş regionlardan gələn şəxslərə yeni yaşayış icazələrinin verilməsini məhdudlaşdırmağı təklif edir”, - deyə nazir bildirib. Danimarkanın planlaşdırdığı dəyişikliklər Norveçin 2024-cü ildə tətbiq etdiyi qaydalara bənzəyir. Norveç həmin il Ukraynanın təhlükəsiz hesab edilən regionlarından gələn şəxslərə sığınacağın avtomatik verilməsini dayandırıb. Norveçin təhlükəsiz hesab etdiyi regionlar Lvov, Volın, Zakarpatye, İvano-Frankivsk, Ternopil və Rivne vilayətləri olub.
15:29 23.08.2026
Oxunuş sayı: 50