Odessada “Şahed” sərnişin qatarına zərbə endirib
Ukraynanın Odessa vilayətində reaktiv “Şahed” pilotsuz uçuş aparatı “Jitomir–Odessa” marşrutu üzrə hərəkət edən 147 nömrəli sərnişin qatarına zərbə endirib.
Crossmedia.az xəbər verir ki, hadisə barədə Ukrayna tərəfi məlumat yayıb.
Zərbədən əvvəl qatarın hərəkəti dayandırılıb, sərnişinlər və əməkdaşlar təxliyə edilib.
Məlumata görə, qatarda ümumilikdə 593 nəfər, o cümlədən 15 uşaq olub.
11:51 23.08.2026
Oxunuş sayı: 51