Amerika

Baydenin uğursuzluğunun ardınca yeni dövrün başlanğıcı?

Donald Trampın ABŞ prezidenti olaraq hakimiyyətə qayıtması, beynəlxalq münasibətlərdə böyük dəyişikliklərə gətirib çıxara bilər. Trampın öncəki dövründəki tərzi və siyasətləri, xüsusilə iqtisadi, ticarət və təhlükəsizlik məsələlərində yeni yanaşmaların ortaya çıxmasına səbəb olub. Onun administrasiyasının geri dönməsi, qlobal gərginliklərin azaldılması və daha sərt diplomatik siyasətlərin tətbiqi ilə bağlı gözləntilər yaradır. 

Baydenin gedişinə belə səbirsizlik göstərilməsi onun uğursuzluğuyla bağlıdır yoxsa necə?

Mövzu ilə bağlı siyasi şərhçi Əziz Əlibəyli Crossmedia.az-a verdiyi açıqlaması zamanı bildirib ki, bu Baydendən sonra başlayan mərhələnin həlledici mərhələ olmasına bağlıdır, çünki Tramp yeni dünyanın idarə olunmasında vacib fiqurlardan biridir:
“Onun hakimiyyətə qayıtması, bəzi geosiyasi toqquşma nöqtələrində dərhal aydınlıq gətirilməsinə səbəb olacaq. Trampın liderliyi altında isə dünya miqyasında bir çox məsələlərə yeni yanaşmalar tətbiq oluna bilər”.

Siyasi şərhçi həmçinin onu da qeyd edib ki, onun hakimiyyətə gəlməsinə qədər danışıqlar son həddə çatanadək davam edəcək:
“Bu mənada, bütün dünya qüvvələri və ictimaiyyətin ümidi, Trampın hakimiyyətə gəlməsi ilə bərabər, mövcud gərginliklərin azalması və qlobal stabilliyin bərpa olunmasıdır. Lakin, bu prosesin uğurla nəticələnməsi yalnız tərəflərin ortaq maraqları və düzgün diplomatik yanaşmalara əsaslanacaq”, - deyə Ə.Əlibəyli qeyd edib.

Aytac Bəhruzqızı

16:06 28.12.2024

Oxunuş sayı: 7009

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR