Yeysk limanına PUA hücumu: limanda tüstü göründü
Rusiyanın Krasnodar vilayətində yerləşən Yeysk şəhərinin dəniz limanına pilotsuz uçuş aparatları ilə hücum edildiyi bildirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə “Caliber.Az” məlumat yayıb.
Şahidlərin Azov dənizi sahilindən çəkdiyi görüntülərdə liman ərazisində zərbədən sonra tüstülənmə olduğu görünür. OSINT analitiki ASTRA da limanda tüstülənmə barədə məlumatı təsdiqləyib.
Yeysk şəhərində PUA hücumu ilə əlaqədar hava həyəcanı elan edildiyi bildirilir. Təhlükəsizlik səbəbindən stadionun yaxınlığında keçirilməsi planlaşdırılan həftəsonu yarmarkası da ləğv edilib.
Hadisənin nəticələri və liman infrastrukturuna dəyən zərərin miqyası barədə rəsmi məlumat verilməyib.
12:22 22.08.2026
Oxunuş sayı: 49