Venesuelanın neft ixracına zərbə – Elektrik və avadanlıq problemləri
Venesuelanın neft infrastrukturu artan hasilata və yüksək tələbatına baxmayaraq, ixracı sabit şəkildə gündəlik 1,25 milyon bareldən yuxarı artırmağa imkan vermir.
Crossmedia.az xəbər verir ki, “Reuters” bu barədə məlumat yayıb.
Agentliyin məlumatına görə, avadanlıqlardakı nasazlıqlar, elektrik enerjisinin verilişində fasilələr, neftin yavaş nəqli, saxlama çənlərinin çatışmazlığı və xammalın keyfiyyəti ilə bağlı problemlər ölkənin neft ixracını məhdudlaşdırır.
Xüsusilə Venesuelanın neft ixracının təxminən 70 faizinin həyata keçirildiyi Xose terminalında vəziyyətin mürəkkəb olduğu bildirilir. Tankerlərin gözləmə müddəti 30 günə qədər uzanır.
Gecikmələr artıq tankerlərin boşdayanma xərcləri, neftin keyfiyyəti və gəmilərin çirklənməsi ilə bağlı mübahisələrə səbəb olur.
Vəziyyətin dövlətə məxsus PDVSA şirkətinin daha çox tərəfdaşının yeni müqavilələr çərçivəsində hasilatdakı paylarını müstəqil şəkildə satmağa başlamasından sonra daha da çətinləşə biləcəyi qeyd edilir.
Bu isə onsuz da məhdud olan ixrac imkanları uğrunda rəqabətin daha da artmasına səbəb ola bilər.
15:46 21.08.2026
Oxunuş sayı: 45