Suraxanıda QANLI MÜNAQİŞƏ baş verib
Bakının Suraxanı rayonunda münaqişə zəminində ov tüfəngindən atəş açılması nəticəsində 43 yaşlı kişi xəsarət alıb.
Crossmedia.az xəbər verir ki, hadisə avqustun 20-də saat 22 radələrində Yeni Suraxanı qəsəbəsində baş verib.
Məlumata görə, 44 yaşlı Ceyhun Aşrafov münaqişə zamanı ov tüfəngindən atəş açaraq 43 yaşlı Taleh adlı şəxsi yaralayıb. Yaralı xəstəxanaya çatdırılıb.
Hadisəni törətməkdə şübhəli bilinən C.Aşrafov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.(lent.az)
09:47 21.08.2026
Oxunuş sayı: 52