Pekin narahatdır- Yaponiyanın NATO planı Asiyada GƏRGİNLİK yaradır
Çinin Rusiyadakı səfiri Çjan Hanxuey Yaponiyanın NATO-nun hərbi mexanizmlərinə daha fəal şəkildə qoşulmağa çalışdığını bildirib.
Crossmedia.az xəbər verir ki, diplomat bu barədə “TASS” üçün yazdığı məqalədə qeyd edib.
Çjan Hanxueyin sözlərinə görə, Tokionun NATO sistemi ilə inteqrasiyanı sürətləndirməsi Asiya-Sakit okean regionunda təhlükəsizlik vəziyyətinə ciddi qeyri-müəyyənlik gətirir.
Səfir bildirib ki, Yaponiyanın son addımları ölkə konstitusiyasının sülhpərvər mahiyyətini zəiflədir və təhlükəsizlik strategiyasının müdafiə xarakterindən hücum xarakterinə keçidini sürətləndirir.
O, həmçinin Yaponiyanın Baş naziri Sanae Takaçinin hökumətini beynəlxalq ictimaiyyətin tənqidlərini nəzərə almamaqda, digər ölkələrin daxili işlərinə müdaxiləni və güc tətbiqi təhdidlərini kiçiltməkdə ittiham edib.
13:41 20.08.2026
Oxunuş sayı: 70