Lənkəranda avtomobil DƏRƏYƏ AŞDI – ölən var
Lənkəranda avtomobil dərəyə aşması nəticəsində sürücü ölüb.
Crossmedia.az-ın əldə etdiyi məlumata görə, hadisə avqustun 18-i saat 20 radələrində baş verib.
Belə ki, Diryan kənd sakini 1965-ci il təvəlüdlü Nuriyev İntiqam Ağarza oğlu idarə etdiyi "Chevrolet Niva" markalı avtomobillə torpaq yolda idarəetməni itirib. Nəticədə avtomobil dərədən aşıb.
Sürücü aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Məhəbbət Tərlanoğlu
09:34 20.08.2026
Oxunuş sayı: 62