53 yaşlı sürücü yolda VƏFAT ETDİ – avtomobil aşdı
Cəlilabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Crossmedia.az xəbər verir ki, hadisə Cəlilabad-Soltankənd avtomobil yolunda qeydə alınıb.
İlkin məlumata görə, Cəlilabad şəhər sakini, 1973-cü il təvəllüdlü Sakit Abdinov idarə etdiyi VAZ-2107 markalı avtomobillə hərəkətdə olan zaman qəfil halı pisləşib. Daha sonra avtomobilin idarəetmədən çıxaraq yolun kənarına aşması nəticəsində sürücü ölüb.
Faktla bağlı araşdırma aparılır.(Report)
13:13 19.08.2026
Oxunuş sayı: 50