02:40 29.10.2026
Türkiyə kosmik imkanlarını genişləndirir: Aya uçuş planı açıqlanıb
33
Türkiyə 2027-ci ildə ilk kosmik aparatını Aya göndərməyi, həmçinin kosmik hava hadisələrini izləmək üçün Kosmik Hava Tətbiqləri Mərkəzinin yaradılması istiqamətində hazırlıq işlərinə başlamağı planlaşdırır.
Crossmedia.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi Türkiyənin 2027-ci il üzrə Prezidentin İllik Proqramına istinadən məlumat yayıb.
Kosmik Hava Tətbiqləri Mərkəzinin əsas məqsədi Günəş fırtınaları və digər kosmik hadisələrin təsirlərini izləmək, modelləşdirmək və proqnozlaşdırmaqdır. Bu hadisələr peyklərin fəaliyyətinə, rabitə və naviqasiya xidmətlərinə, eləcə də elektrik təchizatı sistemlərinə təsir göstərə bilər.