CROSSMEDIA - Sosial sahədə elektron xidmətlərə müraciət edənlərin sayı açıqlanıb
Əmək və sosial siyasət

Sosial sahədə elektron xidmətlərə müraciət edənlərin sayı açıqlanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə 2024-cü ildə 37 milyon müraciət olunub.


Crossmedia.az Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, ölkənin sosial reyestri olan e-sosial.az portalından həmin dövrdə 8,4 milyon dəfə istifadə edilib. 251 min təyinat e-infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib.


Son illərdə sosial sahədə geniş elektronlaşma proqramı icra olunub. Hazırda nazirliyin 160 xidmətindən 145-dən və ya 90 faizdən çoxu elektron qaydada təqdim edilir. Həmçinin 50-dən çox proaktiv xidmət, geniş funksional imkanlara malik e-sosial.az portalı, “Əmək və Məşğulluq” altsistemi yaradılıb.

Nazirliyin e-sistemlərinin 80-dək qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir. Həmin qurumlardan sorğular da daxil olmaqla, 2024-cü ildə nazirliyin e-sistemləri üzərindən sorğu, müraciət və xidmət sayı 663 milyon olub.

13:39 21.01.2025

Oxunuş sayı: 356

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR