Aİ-dən valideyn himayəsindən məhrum olmuş uşaqlara qarşı riyakarlıq
Avropa İttifaqının (Aİ) mühacir hüquqlarını müdafiə etməsinə baxmayaraq, qaçqınları zorla geri göndərməsi tənqidlərə səbəb olub.
Crossmedia.az Haber Global-a istinadən xəbər verir ki, Aİ-nin rəsmi statistikasına əsasən, Almaniya, Fransa və İtaliya kimi dövlətlər mühacirləri öz ölkələrinə deportasiya edirlər.
Məlumata görə, 2024-cü ilin ikinci yarısında Aİ-dən üçüncü ölkələrə qayıdışlar 13% artıb. Təkcə ötən ilin son rübündə 112 min 335 nəfər Aİ vətəndaşı olmayan şəxs öz ölkələrinə göndərilib. Geri dönüşlərdə 4%, könüllü qayıdanların sayında isə 35% artım qeydə alınıb. Geri dönənlərin əksəriyyəti Əlcəzair vətəndaşlarıdır (10 %) . Öz ölkələrinə qayıtması istənənlər arasında türklər də yer alır.
Aİ-nin valideyn himayəsindən məhrum olmuş uşaqları belə zorla göndərməsi və Baltikyanı ölkələrdə geri dönənlərə maddi yardım edilməməsi xüsusilə diqqət çəkir.
Fidan Hacızadə
14:36 21.01.2025
Oxunuş sayı: 435