Azərbaycan və Harvard Universiteti arasında birgə təşəbbüslər barədə müzakirələr aparılıb
Azərbaycan Harvard Universiteti ilə dayanıqlı iqtisadiyyatın təşviqi sahəsində aparılan təhlillərin əhəmiyyətini müzakirə edib.
Crossmedia.az xəbər verir ki, bu barədə iqtisadiyyat nazir Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında qeyd edib.
- “Prezidentin köməkçisi Şahmar Mövsümov və Dövlət Neft Fondunun icraçı direktoru İsrafil Məmmədov ilə birlikdə Harvard Universitetinin "Growth Lab" Beynəlxalq İnkişaf Mərkəzinin direktoru Rikardo Hausman ilə növbəti dəfə görüşməkdən məmnun olduq. İqtisadiyyat Nazirliyi ilə Harvard Universitetinin COP29 çərçivəsində səmərəli əməkdaşlığı, dayanıqlı iqtisadiyyatın təşviqi sahəsində aparılan təhlillərin əhəmiyyəti, birgə təşəbbüslər və növbəti addımlar barədə danışdıq”, - paylaşımda qeyd olunub.
14:32 21.01.2025
Oxunuş sayı: 350