CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: SES

13:24 24.10.2026

Komitə sədri: BMT Böyük Qayıdış prosesinə dəstək göstərə bilər– MÜSAHİBƏ

197

Azərbaycanın BMT-yə üzvlüyü, təşkilatın qəbul etdiyi qətnamələrin icrası və Qarabağ münaqişəsi dövründə beynəlxalq qurumların fəaliyyəti ölkənin müasir siyasi tarixinin mühüm məsələlərindəndir. İkinci Dünya müharibəsindən sonra qlobal təhlükəsizliyin əsas zəmanətçisi kimi formalaşan BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsinin otuz ilə yaxın kağız üzərində qalması, eləcə də böyük güclərin regiondakı geosiyasi maraqları ucbatından beynəlxalq hüququn işləksiz hala salınması acı tarixi reallıq idi. Lakin Azərbaycanın 2020-ci ildə öz hərbi-siyasi gücü, Ali Baş Komandanın qətiyyəti və ordusunun iradəsi ilə BMT qətnamələrini təkbaşına icra edərək ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi qlobal təhlükəsizlik sistemində yeni bir era açdı. İndi – post-münaqişə reallıqlarının hökm sürdüyü, regional kommunikasiyaların bərpa edildiyi və işğaldan azad olunmuş torpaqlarda misilsiz quruculuq işlərinin aparıldığı bir vaxtda BMT-nin sülh quruculuğu, beynəlxalq həmrəylik və Böyük Qayıdış prosesindəki rolu dərəcəsincə yenidən aktuallaşır. İşğal dövründə seyrçi mövqeyi ilə yadda qalan beynəlxalq birliyin sülh mərhələsində BMT platforması vasitəsilə Bakının təşəbbüslərinə verəcəyi dəstək həm də təşkilatın zədələnmiş reputasiyasının bərpası üçün mühüm sınaqdır.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR