KİV: Rusiya balığı Aİ üçün “baş ağrısına” çevrilib
Rusiya balıq məhsulları Avropa İttifaqı üçün mübahisəli məsələlərdən birinə çevrilib.
Crossmedia.az xəbər verir ki, Rusiya Balıqçılıq Federal Agentliyinin rəhbəri İlya Şestakov “TASS”a müsahibəsində bu barədə danışıb.
Şestakov bildirib ki, Rusiya balığı uzun müddətdir Avropanın emal sənayesinə inteqrasiya olunub. Onun sözlərinə görə, Niderland Rusiya balıq və balıq məhsullarının ən böyük idxalçıları arasında ilk beşlikdə yer alır.
O həmçinin qeyd edib ki, Polşa və Almaniyada Rusiyadan gətirilən məhsullardan balıq çubuqları istehsal edən çoxsaylı müəssisələr fəaliyyət göstərir.
Xatırladaq ki, Avropa İttifaqı daha əvvəl 21-ci sanksiyalar paketinə Rusiya balığının tədarükünə məhdudiyyətləri daxil etməyib.
11:36 18.08.2026
Oxunuş sayı: 50