Avropa ölkəsinin prezidenti istefa verdiyini açıqladı
İsveçrə Prezidenti və iqtisadiyyat naziri Gi Parmelen 2026-cı ilin sonunda, hökumətdə 11 illik fəaliyyətinin ardından vəzifəsini tərk edəcəyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, “Neue Zürcher Zeitung” (NZZ) bu barədə məlumat yayıb.
Parmelen keçirdiyi mətbuat konfransında hökumətin, xüsusilə geosiyasi çətinliklərin artdığı bir dövrdə, yeni və gənc qüvvələrə ehtiyac duyduğunu bildirib.
O, istefasını 2026-cı ilin sonunda, İsveçrə Prezidenti kimi səlahiyyət müddəti başa çatdıqdan sonra reallaşdıracağını açıqlayıb.
NZZ yazır ki, siyasətçinin istefa verəcəyi ilə bağlı xəbərlər daha əvvəl də yayılıb. Buna onun onurğa sütunu ilə bağlı problemlərinin səbəb olduğu iddia edilirdi. Lakin Parmelen istefasının səhhəti ilə əlaqəli olmadığını bildirib.
Siyasətçi federal müşavir vəzifəsində 11 il çalışdıqdan sonra müəyyən yorğunluq hiss etdiyini deyib. Onun sözlərinə görə, əvvəlki kimi böyük həvəs hiss etmir.
15:13 02.10.2026
Oxunuş sayı: 37