Sumqayıtda məktəbdə kütləvi zəhərlənmə olub - ARAŞDIRMA BAŞLADILDI
02.10.2026-cı il tarixində saat 10:20 radələrindən başlayaraq 21 nəfər (17 kişi cinsli, 4 qadın cinsli) zəhərlənmə şübhəsi ilə Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.
Zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin müalicələri müvafiq şöbədə davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir.
12:35
Sumqayıt şəhərində yerləşən 36 nömrəli tam orta məktəbdə şagirdlər arasında kütləvi zəhərlənmə hadisəsi baş verib. İlkin məlumata görə, 14 şagird zəhərlənib.
TƏBİB-dən Crossmedia.az-ın sorğusuna cavab olaraq bildirilib ki, saat 10:20 radələrində 11 oğlan və 3 qız zəhərlənmə şübhəsi ilə Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.
“Zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin müalicələri müvafiq şöbədə davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir”.
Crossmedia.az-ın sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, Sumqayıt şəhərində məktəbdə baş verən zəhərlənmə hadisəsi nəzarətdədir.
Sumqayıt şəhər 36 nömrəli tam orta məktəbdə baş verən zəhərlənmə hadisəsi ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən araşdırma aparılır.
Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində Agentlik tərəfindən müvafiq tədbirlər görülür. Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Məhəbbət Tərlanoğlu
12:10 02.10.2026
Oxunuş sayı: 68