60-dan çox ölkə bir araya gəlir - nə baş verir?
Süni intellekt sahəsində fəaliyyət göstərən şirkətləri, dövlət qurumlarını və mütəxəssisləri bir araya gətirəcək “AI Everything Abu Dhabi” tədbiri oktyabrın 6-7-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə keçiriləcək.
Crossmedia.az xəbər verir ki, Abu-Dabi Hökumət Dəstəkləmə Departamentinin (DGE) ev sahibliyi ilə Abu-Dabi Milli Sərgi Mərkəzində (ADNEC) təşkil olunacaq tədbirdə 60-dan çox ölkədən dövlət qurumlarının nümayəndələri, texnologiya şirkətləri, alimlər, akademiklər və investorlar iştirak edəcəklər.
Tədbir çərçivəsində süni intellekt infrastrukturu sahəsində fəaliyyət göstərən 400-dən çox şirkət və startap, eləcə də ümumi portfeli 91 milyard dolları keçən 200-dən artıq investor bir araya gələcək.
15:11 02.10.2026
Oxunuş sayı: 39