CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: Avro

20:50 14.09.2026

Avropanın Çin dilemması: Asılılıqdan qaçış yeni risk yaradır

39

Avropa İttifaqının Çinlə iqtisadi münasibətlərində son illər yeni mərhələ başlayıb. Pekinlə ticarət əlaqələrini tamamilə dayandırmaq gündəmdə olmasa da, Avropa kritik sahələrdə Çindən həddindən artıq asılılığını azaltmağa çalışır. Bunun əsas səbəbləri sırasında qlobal ticarət müharibələri, geosiyasi qarşıdurmalar, pandemiya dövründə təchizat zəncirlərində yaranan problemlər və strateji məhsullar üzrə xarici asılılığın yaratdığı təhlükələr dayanır. Çin isə Avropanın elektronika, avtomobil sənayesi, maşınqayırma, günəş enerjisi avadanlıqları və bir sıra xammal və komponentlər üzrə əsas tərəfdaşlarından biridir. Bu səbəbdən təchizat zəncirlərinin alternativ ölkələrə köçürülməsi sadəcə iqtisadi qərar deyil, həm də böyük maliyyə və strateji planlaşdırma tələb edən prosesdir. Avropa bir tərəfdən mümkün geosiyasi böhran zamanı Çin qarşısında zəif vəziyyətdə qalmaq istəmir, digər tərəfdən Pekinlə iqtisadi əlaqələri sürətlə zəiflətməyin öz sənayesinə zərbə vuracağından ehtiyat edir. Üstəlik, Tayvan ətrafında mümkün hərbi-siyasi gərginlik qlobal yarımkeçirici bazarında ciddi problemlər yaradaraq Avropa sənayesinə əlavə təzyiq göstərə bilər. Beləliklə, Çindən asılılığı azaltmaq istəyən Avropa qarşısında paradoksal vəziyyət yaranır: riskləri azaltmaq üçün atılan addımlar keçid dövründə yeni iqtisadi risklər formalaşdıra bilər. Bu proses Avropanın istehsal xərclərinə, rəqabət qabiliyyətinə və qiymət sabitliyinə necə təsir göstərəcək?

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR