Abşeron çimərliklərində sabah dəniz suyunun temperaturu 26 dərəcə olacaq
Abşeron çimərliklərində sabah gözlənilən hava şəraiti açıqlanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, avqustun 17-də mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25, Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 25-26 dərəcə isti olacaq.
14:01 16.08.2026
Oxunuş sayı: 54