Rusiya zərbələri davam edərsə, Ukraynanı nə gözləyir? - Eksperti açıqladı
Enerji eksperti Yuri Korolçukun sözlərinə görə, Ukraynada bu qış qazın verilməsi üzrə məhdudiyyət qrafiklərinin tətbiqi mümkündür.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Ekspert bildirib ki, belə bir ssenari artıq rəsmi səviyyədə nəzərdən keçirilir. Lakin vəziyyətin Rusiya tərəfindən həyata keçiriləcək hücumların intensivliyindən asılı olacağını qeyd edib.
Korolçukun sözlərinə görə, enerji infrastrukturuna zərbələrin davam etməsi halında ölkədə qaz təchizatı ilə bağlı əlavə tədbirlərin görülməsi gündəmə gələ bilər.
21:15 15.08.2026
Oxunuş sayı: 40