Almaniyanın Baltik sahillərini zəhərli yosunlar bürüyüb
Almaniyanın Baltik dənizi sahillərində isti hava səbəbindən zəhərli yosunların yayılması müşahidə olunur.
Crossmedia.az xəbər verir ki, ˝DPA˝ agentliyinin məlumatına görə, bu yosunlarla birbaşa təmas kəskin allergik reaksiyalara, dəri və selikli qişaların qıcıqlanmasına səbəb ola bilər.
Bildirilib ki, yosunların təsadüfən udulması isə ürəkbulanma və qusmaya gətirib çıxara bilər.
Mütəxəssislər sahil bölgələrində ehtiyatlı olmağı və su ilə təmas zamanı diqqətli davranmağı tövsiyə edirlər.
19:21 15.08.2026
Oxunuş sayı: 47