BƏƏ-nin İrana 10-20 milyard dollar ödəməsi barədə məlumat təkzib edilib
Birləşmiş Ərəb Əmirliklərinin İranın ərazisinə hücumları dayandırması müqabilində Tehrana 10-20 milyard dollar həcmində vəsaitin açılması ilə bağlı razılaşmaya getdiyi iddia olunur.
Crossmedia.az xəbər verir ki, “Reuters” dörd mənbəyə istinadən bu barədə məlumat yayıb.
Agentliyin mənbələri ilk 3 milyard dolların artıq İrana ötürüldüyünü, vəsaitin BƏƏ-yə məxsus pullardan və ya ölkənin bank sistemində dondurulmuş İran aktivlərindən ibarət ola biləcəyini bildiriblər. BƏƏ Xarici İşlər Nazirliyi isə bu məlumatı “tamamilə yalan və əsassız” adlandıraraq rəsmi şəkildə təkzib edib, lakin “Reuters”ə danışan mənbələr məlumatlarının doğru olduğunu bildiriblər.
Məlumata görə, razılaşma çərçivəsində İranın BƏƏ-yə raket və PUA hücumlarını dayandırması, tərəflərin isə kəşfiyyat məlumatlarının mübadiləsi və iqtisadi əlaqələr də daxil olmaqla ikitərəfli əməkdaşlığı bərpa etməsi nəzərdə tutulub. Mənbələr həmçinin Tehranın oxşar razılaşma təklifini ən azı daha iki Körfəz ölkəsinə çatdırdığını iddia ediblər.
16:08 15.08.2026
Oxunuş sayı: 43