KİV: Zelenski Ukraynanın ABŞ-dəki səfiri vəzifəsinə namizəd tapa bilmir
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-də ölkənin yeni səfirini təyin etməkdə çətinlik çəkir və bu vəzifə hələ də vakant olaraq qalır.
Crossmedia.az xəbər verir ki, “Politico” bu barədə məlumat yayıb.
Nəşrin məlumatına görə, Olqa Stefanishinanın vəzifədən getməsindən sonra Zelenski səfir postunu keçmiş Baş nazir Yuliya Sviridenkoya təklif edib, lakin o, bu təklifi qəbul etməyib.
“Politico”nun yazdığına görə, Vaşinqtonda işləməyin şərtləri və Donald Tramp administrasiyasının gözlənilməz siyasəti potensial namizədləri narahat edir. Zelenski isə ABŞ-də nazir, Baş nazirin müavini və ya keçmiş Baş nazir səviyyəsində siyasi çəkisi olan diplomat görmək istəyir.
14:22 14.08.2026
Oxunuş sayı: 42