Bu keçmiş nazirə həbs cəzası tələb olunur
Fransanın keçmiş mədəniyyət naziri Raşida Dati barəsində korrupsiya və nüfuz alveri ittihamları üzrə 4 il həbs cəzası tələb edilib.
Crossmedia.az xəbər verir ki, Türkiyə mətbuatında yayılan məlumata görə, Milli Maliyyə Cinayətləri Prokurorluğu Datiyə 2 ili elektron qolbaqla olmaqla 4 il həbs cəzası verilməsini istəyib.
Prokurorluq həmçinin keçmiş nazirin 450 min avro cərimələnməsini və 900 min avro dəyərində əmlakının müsadirə edilməsini tələb edib.
Bundan əlavə, Datinin 5 il müddətinə seçkilərdə iştirakına qadağa qoyulması və dövlət vəzifələrindən uzaqlaşdırılması istənilib.
Dati ilə bağlı istintaq 2019-cu ildə Avropa Parlamentinin deputatı olduğu 2009–2019-cu illərdə “Renault-Nissan” qrupundan pul alaraq lobbiçilik fəaliyyəti göstərməsi iddiaları əsasında başlanıb.
Korrupsiya və nüfuz alverində ittiham olunan keçmiş nazirin işi Paris Cinayət Məhkəməsində araşdırılır.
Qeyd edək ki, tələb olunan cəza prokurorluğun mövqeyidir və məhkəmənin yekun qərarı deyil.
16:32 28.09.2026
Oxunuş sayı: 50