2029 MDB İdman Oyunlarının keçiriləcəyi ölkə məlum olub
MDB ölkələrinin İdman Oyunları 2029-cu ildə Ermənistanda təşkil olunacaq.
Crossmedia.az xəbər verir ki, Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi məlumat yayıb. Qərar Almatıda keçirilən MDB-nin Fiziki Mədəniyyət və İdman Şurasının iclasında qəbul edilib.
Qeyd olunub ki, iki il əvvəl İrəvana tədbirə 2027-ci ildə ev sahibliyi etmək təklif olunmuşdu. Lakin son qərara əsasən, MDB İdman Oyunları 2029-cu ildə Ermənistanda keçiriləcək.
17:50 28.09.2026
Oxunuş sayı: 45