İran ABŞ-nin aviasiya sanksiyalarına qarşı çıxıb
İran ABŞ-nin ölkənin aviaşirkətlərinə tətbiq etdiyi məhdudiyyətlərlə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatına (ICAO) rəsmi etiraz göndərib.
Crossmedia.az xəbər verir ki, “Irna” bu barədə İran Mülki Aviasiya Təşkilatının rəhbəri Əbuzər Şirudinin açıqlamasına istinadən məlumat yayıb.
Şirudi bildirib ki, etiraz İranın aviasiya sektorunun qanuni hüquqlarını müdafiə etmək və ABŞ tərəfindən tətbiq olunan məhdudiyyətlərə qarşı çıxmaq məqsədilə hazırlanıb.
Onun sözlərinə görə, İran bu məsələdə Xarici İşlər Nazirliyi ilə koordinasiyalı şəkildə fəaliyyət göstərir və əvvəllər mövcud olmuş uçuş marşrutlarının bərpası üçün hüquqi və diplomatik imkanlardan istifadə edir.
Bundan əvvəl ABŞ maliyyə naziri Skott Bessent sentyabrın 23-dən etibarən İran aviaşirkətlərinin uçuş həyata keçirə bilməyəcəyini və onlara yerüstü xidmətlər göstərilməyəcəyini açıqlamışdı. ABŞ sentyabrın əvvəlində İranın aviasiya sektoruna qarşı yeni sanksiyalar tətbiq edib.
18:09 28.09.2026
Oxunuş sayı: 36