Ermənistanda sabiq polis rəisi Müdafiə Nazirliyini məhkəməyə verib
Ermənistanın sabiq polis rəisi Vladimir Qasparyan 22 yaşlı oğlunun hərbi xidmətə çağırılması ilə bağlı Müdafiə Nazirliyini məhkəməyə verib.
Crossmedia.az xəbər verir ki, “News.am” bu barədə məlumat yayıb.
Qasparyan 2026-cı il yanvarın 8-də Müdafiə Nazirliyi tərəfindən qəbul edilmiş qərarın ləğvi tələbi ilə İnzibati Məhkəməyə müraciət edib. Məhkəmə iddianı icraata qəbul edib. İş üzrə digər təfərrüatlar şəxsi məlumatların qorunması ilə bağlı qanunvericiliyə əsasən açıqlanmır.
Qasparyan daha əvvəl Ermənistanın Hərbi Polisi rəhbəri və müdafiə nazirinin müavini vəzifələrində də çalışıb.
Bundan əvvəl onun oğluna qarşı hərbi xidmətdən yayınma maddəsi ilə cinayət təqibinin başlandığı barədə məlumat yayılıb.
18:14 28.09.2026
Oxunuş sayı: 36