Rusiya 8 yaşayış məntəqəsi ələ keçirilib
Rusiya Müdafiə Nazirliyi Rusiya qoşunlarının son bir həftə ərzində 8 yaşayış məntəqəsinə nəzarəti ələ keçirdiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi yeni brifinqində həftə ərzində Ukraynanın hərbi-sənaye müəssisələrinə, logistika mərkəzlərinə və yanacaq-energetika kompleksinin obyektlərinə qarşı 14 qrup zərbəsi endirildiyini bildirib.
Nazirliyin məlumatına görə, Rusiya hava hücumundan müdafiə sistemləri bir həftə ərzində 16 HIMARS mərmisi, 8 “Flaminqo”, 5 “Neptun” raketi və 7 078 təyyarə tipli PUA-nı vurub. Həmçinin Qara dəniz donanmasının qüvvələrinin Ukraynaya məxsus 8 pilotsuz katerini məhv etdiyi bildirilib.
Rusiya tərəfi həftə ərzində Ukrayna Silahlı Qüvvələrinin müxtəlif istiqamətlərdə ümumilikdə 9 mindən çox hərbçisinin itki verdiyini iddia edib. Bu məlumat müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
13:49 14.08.2026
Oxunuş sayı: 65