Partlayış zamanı ağır xəsarət alan 73 yaşlı kişinin AYAĞI KƏSİLDİ
Kəlbəcər rayonunun Sarıyel kəndi ərazisində baş verən partlayış səbəbilə avqustun 14-də saat 03:30 radələrində 1953-cü il təvəllüdlü şəxs (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya hospitalizasiya olunub.
Bu barədə Crossmedia.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
"Sağ topuq nahiyəsinin amputasiyası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır", məlumatda deyilir.
10:34 14.08.2026
Oxunuş sayı: 53