Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu 18 %-dən çox artıb
Bu ilin I yarısında Azərbaycanda xarici maliyyə mənbələrindən əsas kapitala investisiyalar ötən ilin eyni dövrü ilə müqayisədə 18,2 % artaraq 2,4 milyard manat təşkil edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yarım illik "Pul Siyasəti İcmalı"nda bildirilir.
Sənədə əsasən, yanvar-iyunm aylarında xarici mənbələrdən əsas kapitala yönəldilmiş investisiyalar ümumi investisiyaların 25,8 %-ni təşkil edib. Bu, 1 il əvvələ nisbətən 1 faiz bəndi çoxdur.
Xatırladaq ki, 6 ay ərzində Azərbaycanda əsas kapitala 9 milyard 295,2 milyon manat investisiya yönəldilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 13,8 % çoxdur. O cümlədən, son 1 ildə neft-qaz sektoruna invetisiya qoyuluşu 34,3 % artaraq 3 milyard 163,6 milyon manat, qeyri-neft-qaz sektoruna investisiya qoyuluşu 5,5 % artaraq 6 milyard 131,6 milyon manat təşkil edib.
11:17 12.08.2026
Oxunuş sayı: 51