Vergi bəyannamələrində YENİLİK – formalar dəyişdi
Vergi Məcəlləsinə əlavə və dəyişikliklərlə əlaqədar Dövlət Vergi Xidməti tərəfindən bəzi bəyannamə formaları və onların doldurulması qaydalarında, həmçinin həmin bəyannamələrə əlavələrin forma və tərtib olunması qaydalarında müvafiq dəyişikliklər təsdiq edilib.
Crossmedia.az bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Yeni bəyannamə formaları aşağıdakılardır:
- Ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin forması və tərtib edilməsi qaydası;
- Aksiz bəyannaməsinin forması (2, 3 və 5 nömrəli əlavələrlə) və tərtib edilməsi qaydaları.
Müvafiq bəyannamələrin formaları və tərtib edilməsi qaydaları haqqında əvvəlki illərdə təsdiqlənmiş sənədlər ləğv olunub. Bəyannamə (hesabat) formaları və doldurulma qaydaları ilə bu link vasitəsilə tanış olmaq mümkündür:
14:51 11.08.2026
Oxunuş sayı: 62