“Sabah” – “Orhus” oyununun biletləri satıldı
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Bakıda keçiriləcək “Sabah” – “Orhus” qarşılaşmasının bütün biletləri satılıb.
Crossmedia.az xəbər verir ki, “Sabah”ın mətbuat xidməti bu barədə “Report”a məlumat verib.
Klub azarkeşlərə stadiona girişdə sıxlığın yaranmaması və tribunalarına rahat keçmələri üçün qarşılaşmaya ən azı 2 saat əvvəl gəlməyi tövsiyə edib.
14:04 11.08.2026
Oxunuş sayı: 62