Zelenskidən Lukaşenkoya qarşı sərt addım: cinayət işi açıla bilər
Ukrayna Prezidentinin Ofisi Baş prokurora Belarus Prezidenti Aleksandr Lukaşenkoya qarşı cinayət işinin başlanmasının mümkünlüyünü nəzərdən keçirməyi təklif edib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Məlumata görə, bu addım Belarus Demokratik Qüvvələr Forumunun müraciətinə cavab olaraq atılıb. Forum may ayında Zelenskiyə məktub göndərərək Lukaşenkonun hərbi cinayətlər, soyqırım və dövlət terroruna görə məsuliyyətə cəlb edilməsinə çağırıb.
“Reuters”in yazdığına görə, son bir ayda Zelenski Lukaşenkoya qarşı mövqeyini sərtləşdirib və retranslyasiya stansiyalarının sökülməsi ilə bağlı ultimatum da irəli sürüb.
21:32 28.07.2026
Oxunuş sayı: 44