Selfi çəkib gəzmək vaxtı deyil – Dugin Moskva sakinlərini belə hədələdi
Kremlin ideoloqu kimi tanınan Aleksandr Dugin Moskvanın gündəlik həyatını davam etdirən və Patriarşiye Prudı ərazisində istirahət edən sakinlərinin gələcəkdə səfərbər edilərək cəbhəyə göndərilməli olduğunu bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Dugin Rusiyanın Qərblə ˝müqəddəs xalq müharibəsi˝ apardığını və bu qarşıdurmanın bəşəriyyətin sonu ilə nəticələnə biləcəyini iddia edib.
Onun sözlərinə görə, müharibə şəraitində insanların qayğısız həyat illüziyası yaratması anlaşılmazdır. Dugin Patriarşiye Prudıda istirahət edənləri arxa cəbhə qarışqaları ilə müqayisə edərək, əsas resurs tükəndikdə onların da səfərbər ediləcəyini yazıb.
19:24 28.07.2026
Oxunuş sayı: 56