İsveçin Rusiyaya qarşı siyasətinə etiraz edildi
İsveç Rusiyaya qarşı hərbi qarşıdurmanı dəstəkləyən ölkələr sırasında yer almaqda ittiham olunub.
Crossmedia.az xəbər verir ki, “SwebbTV” bu barədə məlumat yayıb.
İsveçli analitik Lars Bern ölkəsinin Avropada Rusiyaya qarşı hərbi ritorikanın güclənməsində iştirak etdiyini bildirib.
Onun sözlərinə görə, İsveç ənənəvi neytral siyasətini qoruyub saxlamalı və NATO-ya üzvlükdən imtina etməli idi. Analitik həmçinin Stokholmu Moskva ilə münasibətlərdə hərbi ritorikadan uzaq durmağa çağırıb.
Bern Avropada Rusiyaya qarşı qarşıdurmanın genişləndiyini və İsveçin bu prosesdə ön sıralarda yer aldığını iddia edib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin də daha əvvəl Moskva ilə Avropa arasında müharibəyə hazırlaşmadıqlarını bildirib. Putin Avropanın Ukraynaya dəstəyi davam etdirmək üçün vəziyyəti qəsdən gərginləşdirdiyini iddia edib.
18:07 26.09.2026
Oxunuş sayı: 38