ABŞ-nin Sietl şəhərində festival zamanı atışma: 2 nəfər öldü, 6 nəfər yaralandı
ABŞ-nin Sietl şəhərində keçirilən "Bite of Seattle" festivalı zamanı baş verən silahlı insident nəticəsində iki nəfər ölüb, altı nəfər yaralanıb.
Crossmedia.az xəbər verir ki, ABŞ KİV-i bu barədə məlumat yayıb.
Məlumata görə, atışma Sietl Mərkəzi ərazisində keçirilən festival zamanı baş verib. Hadisə nəticəsində iki nəfər həyatını itirib, daha altı nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Hadisənin səbəbləri və atəşi açan şəxs barədə hələlik rəsmi məlumat verilməyib. Faktla bağlı araşdırma aparılır.
09:10 27.07.2026
Oxunuş sayı: 68