Zaporojyedə sərnişin avtobusuna dronla zərbə endirildi
Ukraynanın Zaporojye şəhərində sərnişin avtobusuna FPV-dronla hücum edilib və ilkin məlumatlara görə, üç nəfər yaralanıb.
Crossmedia.az xəbər verir ki, Zaporojye vilayətinin hərbi administrasiyası bu barədə məlumat yayıb.
Məlumata görə, hadisə şəhərin Kosmiçeski rayonunda, ictimai nəqliyyat dayanacağının yaxınlığında baş verib. Hücum zamanı avtobusda sərnişinlərin olduğu bildirilib.
İlkin olaraq üç nəfərin yaralandığı açıqlansa da, sonrakı məlumatlarda yaralıların sayının beşə çatdığı bildirilib. Onların hamısı xəstəxanaya yerləşdirilib, yaralılardan birinin vəziyyətinin ağır olduğu qeyd olunub.
21:15 17.09.2026
Oxunuş sayı: 47