ABŞ F-35-lərin Səudiyyə Ərəbistanına satışından narahatdır
ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanına 48 ədəd F-35 qırıcısının satılması halında Çinin bu təyyarələrin məxfi texnologiyalarına çıxış əldə edə biləcəyindən narahatdır.
Crossmedia.az xəbər verir ki, “The New York Times” bu barədə məlumat yayıb.
Məlumata görə, mümkün sövdələşmənin ümumi dəyəri təxminən 24 milyard dollar təşkil edir. Pentaqonda xüsusilə F-35-lərin qabaqcıl radar və kəşfiyyat sistemlərinə dair texnologiyalarının Pekinin əlinə keçməsi ehtimalından narahatlıq ifadə olunub.
ABŞ tərəfinin narahatlığı Səudiyyə Ərəbistanında Çin mütəxəssislərinin mövcudluğu, eləcə də Ər-Riyad və Pekin arasında hərbi və texnoloji əməkdaşlığın genişlənməsi ilə əlaqələndirilir.
21:49 17.09.2026
Oxunuş sayı: 41