İran Almaniyaya rəsmi etiraz etdi
İran Almaniyanın Tehrandakı səfirini yüksəkvəzifəli alman rəsmilərinin açıqlamaları və səfirliyin fəaliyyəti ilə bağlı Xarici İşlər Nazirliyinə çağırıb.
Crossmedia.az xəbər verir ki, “Anadolu” bu barədə məlumat yayıb.
İran tərəfi görüş zamanı Almaniyanın regional məsələlərdəki siyasətinə və İsrailə dəstəyinə görə rəsmi etirazını bildirib.
Tehran Almaniya rəhbərliyinin İsrailin fələstinlilərə və regionun digər ölkələrinə qarşı törətdiyi cinayətlərdə iştirakçı kimi qəbul edildiyini qeyd edib.
Almaniyanın İrandakı səfiri isə etirazların ölkəsinin hökumətinə çatdırılacağını bildirib.
20:51 17.09.2026
Oxunuş sayı: 53