Kremldən Ukrayna ilə bağlı növbəti sərt bəyanat
Rusiya Prezidenti Vladimir Putin Ukraynanın gələcəkdə qərb bölgələrini itirəcəyini düşündüyünü bildirib.
Crossmedia.az xəbər verir ki, TASS bu barədə məlumat yayıb.
Putin bildirib ki, onun fikrincə, Ukrayna gec-tez qərb ərazilərini itirəcək.
Rusiya Prezidenti, həmçinin iddia edib ki, vaxtilə Ukraynanın ərazi bütövlüyünün yeganə təminatçısı Rusiya olub. Onun sözlərinə görə, sonradan Kiyev Moskvanı düşmən elan edib.
Putinin bu bəyanatına Ukrayna tərəfi hələlik münasibət bildirməyib.
23:38 26.07.2026
Oxunuş sayı: 62