Birlik olan yerdə həyat var – Tokayev Moskvaya mesaj verdi
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Omskda keçirilən Rusiya-Qazaxıstan Regionlararası Əməkdaşlıq Forumunda çıxışı zamanı Astana ilə Moskva arasındakı münasibətləri qarşılıqlı etimada əsaslanan nümunə kimi qiymətləndirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Tokayev çıxışında qazaxların “Bірлік бар жерде тірлік бар” (“Birlik olan yerdə həyat var”) atalar sözünü səsləndirib və bunu rusların “Harada həmrəylik varsa, orada xeyir-bərəkət var” mənasını verən “Где лад, там и клад” ifadəsi ilə müqayisə edib.
Qazaxıstan lideri bildirib ki, ölkələr gələcəkdə də dostluq, mehriban qonşuluq və qarşılıqlı hörmət prinsiplərini qoruyaraq əməkdaşlığı gücləndirməyə davam edəcəklər.
23:52 25.07.2026
Oxunuş sayı: 56