ABŞ və Ukrayna pilotsuz aparatların birgə istehsalına başlayır
ABŞ və Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) birgə istehsalı istiqamətində əməkdaşlığı genişləndirir. Bu çərçivədə ABŞ ərazisində Ukrayna texnologiyaları əsasında PUA istehsalı zavodunun tikilməsi planlaşdırılır.
Crossmedia.az xəbər verir ki, "RBC-Ukrayna" bu barədə məlumat yayıb.
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Kiyevlə Vaşinqton arasında pilotsuz uçuş aparatları sahəsində əməkdaşlıq ABŞ-də müasir Ukrayna texnologiyalarından istifadə olunmaqla istehsal müəssisəsinin yaradılmasını nəzərdə tutur.
Məlumata görə, layihə ilə bağlı razılaşmanın detalları hələ də işlənilir. Bu məsələnin Zelenskinin çərşənbə axşamına planlaşdırılan ABŞ Prezidenti Donald Trampla görüşü ərəfəsində müzakirə olunduğu bildirilir.
Tərəflər hələlik zavodun tikintisi və istehsalın başlanacağı tarixlə bağlı əlavə məlumat açıqlamayıblar.
17:55 25.07.2026
Oxunuş sayı: 63