Almaniya Rusiyanı təhlükə kimi görür
Almaniyanın xarici işlər naziri Yohann Vadeful Rusiyanın ölkəsi üçün təhlükə yaratdığını və NATO-nun şərq cinahında vəziyyətin getdikcə gərginləşdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, Vadeful bu barədə açıqlama verib.
Nazirin sözlərinə görə, NATO-nun şərq cinahında yerləşən ölkələr Rusiya dronları ilə daha tez-tez qarşılaşır və hava məkanının pozulması halları artır.
“Biz illüziyalara qapılmamalıyıq: Rusiya təkcə şərq cinahında hərbi sahədə bizə təhlükə yaratmır, həm də Ukraynaya qarşı təcavüzkar müharibəsini davam etdirir”, - deyə Vadeful bildirib.
18:03 10.09.2026
Oxunuş sayı: 38